Market Proqramının imkanları

Mal qəbulundan kassaya, kassadan hesabata qədər marketin gündəlik işi bir proqramda.

Yenilənib: 18.11.2026

Kassa və barkodla satış

Kassir malın barkodunu oxudur, qiymət və ad özü çıxır. Barkodu olmayan malı adına görə tapmaq olar. Ödəniş nağd, kartla və ya nisyə qeyd olunur, endirim və qaytarma kassadan edilir.

Anlıq qalıq

Hər satış, mal qəbulu və silinmə qalığı dərhal dəyişir. Rəfdə nə qaldığını öyrənmək üçün sayıma ehtiyac yoxdur, proqramda baxmaq kifayətdir.

Mal qəbulu

Təchizatçıdan gələn mal qaimə ilə daxil edilir: miqdar, alış qiyməti, lazım olsa son istifadə tarixi. Alış qiyməti dəyişəndə maya dəyəri yenidən hesablanır.

Sayım

Rəfdəki malı sayıb proqrama yazırsınız, proqram onu uçotdakı qalıqla müqayisə edir və artıq-əskik olan malları göstərir. Sayımı bütün mağaza üzrə və ya yalnız bir rəf üçün aparmaq olar.

Qaytarma və silinmə

Müştərinin qaytardığı mal yenidən qalığa düşür. Xarab olan, sınan və ya vaxtı keçən mal səbəbi yazılmaqla silinir, itki ayrıca hesabatda görünür.

Nisyə və müştəri borcu

Nisyə satış müştərinin adına yazılır. Kimin nə qədər borcu olduğu və nə vaxt ödədiyi bir siyahıda görünür.

Bir neçə kassa və filial

Hər kassa ümumi bazaya yazır. Hər filialın öz qalığı var, mal filiallar arasında transfer sənədi ilə göndərilir.

İstifadəçilər və icazələr

Kassir yalnız satış edir, qiymət dəyişmək və ya hesabata baxmaq üçün ayrıca icazə lazımdır. Kimin nə etdiyi tarixçədə qalır.

Hesabatlar

  • Günün, həftənin və ayın satışı
  • Qalıq və qalığın dəyəri
  • Mənfəət və maya dəyəri
  • Ən çox və ən az satılan mallar
  • Silinmə və itki
  • Malın hərəkət tarixçəsi

Excel ilə iş

Mal siyahısını Excel faylından yükləmək, istənilən hesabatı Excel faylı kimi çıxarmaq olar.

Telefondan nəzarət

Proqram brauzerdə işləyir. Mağazada olmayanda da günün satışını və qalığı telefondan görə bilərsiniz.

Market Proqramını öz mallarınızla sınayın

Marketiniz haqqında qısa yazın. Demo hesab açaq və ilk quraşdırmada kömək edək.

Demo istəyin