Market üçün Excel şablonu

Proqrama keçməzdən əvvəl qalığı və satışı qaydasında aparmaq üçün hazır cədvəl. Pulsuz, qeydiyyatsız.

market-satis-sablonu.xlsx
2 vərəq: Qalıqlar və Xülasə. Excel, LibreOffice və Google Sheets ilə açılır.
Şablonu yükləyin

Şablonda nə var

  • Qalıqlar vərəqi: kod, barkod, malın adı, kateqoriya, ölçü vahidi, əvvəlki qalıq, mədaxil, məxaric, cari qalıq, minimum stok, status, maya dəyəri və qalığın dəyəri. 200 sətir üçün düsturlar hazırdır.
  • Status özü dəyişir: qalıq bitəndə "Bitib", minimuma enəndə "Sifariş et", qalan hallarda "Normal".
  • Xülasə vərəqi: mal sayı, ümumi qalıq dəyəri, sifariş edilməli və bitmiş mallar.

Necə istifadə etmək olar

  1. Nümunə sətirləri silin və öz mallarınızı yazın.
  2. Ayın əvvəlində "Əvvəlki qalıq" sütununa faktiki sayımı yazın.
  3. Ay ərzində gələn malı "Mədaxil", çıxan malı "Məxaric" sütununa əlavə edin.
  4. Minimum stoku stok kalkulyatoru ilə hesablayın.

Market Proqramına keçid

Excel cədvəli bir nəfərin işi üçün yaxşıdır. Bir neçə nəfər eyni faylı dəyişəndə, mal çeşidi böyüyəndə və ya satışın qalıqdan dərhal çıxılması lazım olanda cədvəl çatmır. Market Proqramında kassadakı hər satış qalığı özü azaldır. Pulsuz demo istəyin və proqramı öz mallarınızla sınayın.